Azərbaycanlı hakim Danimarka millisinin oyununa təyinat aldı » Median.Az News Agency

Azərbaycanlı hakim Danimarka millisinin oyununa təyinat aldı
FIFA referisi Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb.

Noyabrın 19-da Ohus şəhərindəki “Seres Park” stadionunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 485 16.11.18 15:52