Nazir müavini: Enerji içkisinin aksiz vergisi bir manatdan çoxdur » Median.Az News Agency

Nazir müavini: Enerji içkisinin aksiz vergisi bir manatdan çoxdur
Enerji içkilərin və elektron siqaretlərin vergiyə cəlb olunması məsələsi gündəmdədir.

Bunu vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında deputatların enerji içkiləri, tütün məmulatları və alkoqollu içkilərin aksiz vergisinə cəlb edilməsi ilə bağlı suallarını cavablandırarkən deyib.

O, eyni zamanda vurğulayıb ki, alkoqollu içkilərə minimum qiymətin tətbiq olunması məsələsi də müzakirə olunmaqdadır:

“Əksər enerji içkiləri 1 manatdan satılır. Onun içərisində elə aksiz vergisi 1 manatdan çoxdur. Ona görə də bu məsələlər rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır”.//oxu.azскачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




466 16.11.18 14:25