Hadi Rəcəbli: Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |    

Hadi Rəcəbli: Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək

Vergi Məcəlləsinə sahibkarlarla, sahibkarlıqla, vergi və sığorta yığımı ilə bağlı çox mühüm dəyişikliklər edilir. Bundan sonra həm sahibkarların işi yüngülləşəcək, həm də sığorta və vergi yığımı bir əldən olacaq, bunu cəmi bir qurum həyata keçirəcək.

Bu barədə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli dilə gətirib.

O qeyd edib ki, yığımları bundan sonra ancaq Vergilər Nazirliyi həyata keçirəcək.

“Əvvəllər sahibkarların qapısını çox əl döyürdü, bu zaman bir qədər gərginlik, müəyyən neqativ hallar yaşanırdı. Ancaq bundan sonra sahibkarların qapısını ancaq bir əl - Vergilər Nazirliyi döyəcək. Bu da nəticə etibarilə həm sahibkarları əlavə gərginliklərdən, yükdən azad edəcək, həm də yığım prosesini gücləndirəcək”, - deyə H.Rəcəbli əlavə edib.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 356 16.11.18 12:24