Fatimənin Şəhidlər Xiyabanında rəqsi qalmaqal yaratdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Fatimənin Şəhidlər Xiyabanında rəqsi qalmaqal yaratdı - VİDEO

Rəqqasə Fatimə Fətəliyevanın “Cümhuriyyət suitası” adlı rəqsi qalmaqala səbəb olub.

Median.Az
xəbər verir ki, sözügedən rəqsə çəkilən klipdə Fətəliyevanın Şəhidlər Xiyabanında yerləşən alov abidəsinin önündə rəqs etməsi şəhid ailələri tərəfindən birmənalı qarşılanmayıb.

Bu barədə onlar Open.Az-a danışaraq Fatimənin şəhidlərin ruhuna hörmətsizlik etdiyini deyiblər.

Rəqqasə isə bütün bunlara sosial media hesabında cavab verib.

“Nə oldu? Nə baş verdi? Nə edirəm, gözünüzə ox kimi batır. Bu vətənin qızı olaraq, Azərbaycana uyğun növbəti klipimi çəkdirdim. Niyə birmənalı qarşılamırsınız? Orada tənqid ediləsi heç bir hərəkət yoxdur. Klipi cümhuriyyətimizin 100 illiyinə həsr etmişəm və ayıb iş görməmişəm. Bu nədir? O dəqiqə top atəşinə tutursunuz, deyirsiniz ki, Şəhidlər Xiyabanında çəkdirib, anlamadım, niyə?

İllər əvvəl orada hamı klip çəkdirib, onları qınamadınız, indi məni qınayırsınız? Şəhid ruhuna tərbiyəsizlik etməmişəm, etmərəm də. O şəhidlərin sayəsində sağlam ölkədə yaşayıramsa, onların qanı ilə ayaqdayamsa, ruhlarını incitmərəm, narahat olmayın. Məzarların önündə yox, alov abidəsinin qarşısında rəqs etmişəm.

Rəqsim də toyxana rəqsi deyil, vətənimizin qələbəsinə həsr olunub. Ağzıgöyçəklər, susmağınız və işimi alqışlamağınız lazımdır. Vətən üçün edilən hər bir addım daş-qalaq olunmur, alqışlanır”, - deyə Fatimə bildirib.

Qeyd edək ki, klipi Nail Naiboğlu lentə alıb. Rəqqasənin klipə 15 min manat pul xərcləyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 695 16.11.18 11:52