Azərbaycana iş məqsədilə gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb (ÖZƏL) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycana iş məqsədilə gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb (ÖZƏL)

2018-ci ilin yanvar-oktyabr aylarında Türkiyə Məşğulluq Xidməti (İŞKUR) vasitəsilə Azərbaycana iş axtarmaq məqsədilə gələn Türkiyə vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 80,88 faiz azalıb.

Bu barədə Trend-ə Xidmətin Baş idarəsindən bildiriblər.

Qeyd olunub ki, göstərilən dövrdə Xidmətin dəstəyi ilə Azərbaycana 26 Türkiyə vətəndaşı gəlib. Bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 110 nəfər azdır.

İdarədən deyilib ki, 2018-ci ilin sentyabrında İŞKUR vasitəsilə Azərbaycana cəmi 4 Türkiyə vətəndaşı gəlib.

Ümumilikdə cari ilin oktyabr ayında Məşğulluq Xidməti vasitəsilə xaricə 3373, 10 ayın yekununa görə isə 20 155 vətəndaş (ötən illə müqayisədə 18,23 faiz çox) göndərilib.

Qeyd edək ki, Türkiyədə 3 milyon 215 min nəfər işsiz var. Onlardan 52 faizi qadın, 48 faizi kişidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            855 15.11.18 23:03