Deputat Adil Əliyevdən 30 min rüşvəti hansı icra başçısı istəyib? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Deputat Adil Əliyevdən 30 min rüşvəti hansı icra başçısı istəyib?

“Vəzifə anlayışı hər kəs üçün fərqlidir. Vəzifəyə oturan insan artıq göylərlə əlləşir”.

Bu sözləri musavat.com-un canlı yayımına qatılan deputat Adil Əliyev deyib.

Onun sözlərinə görə, vicdanlı və öz işinin öhdəsindən layiqincə gələn məmurlar var: “Hansılar ki, kişi kimi bu dövlətə xidmət edirlər. Cənab prezident nə etməlidir? Bu məmurları vəzifəyə təyin edib. İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir. İnsanlarımız bu gün müxtəlif problemlərlə müraciət edirlər. Dostumuz, sinif yoldaşımız, əsgərlik yoldaşımız, qohumumuz var. Çevrəmiz genişdir. Bu və ya digər problem üçün bizə müraciət edirlər. Amma bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”

A.Əliyev sözügedən icra başçısının adını çəkməsə də, onun cəzalandırılması üçün müvafiq qurumlara müraciət etdiyini dedi. Müsahibimiz millət vəkili olaraq məmura müraciət etməməyə çalışdığını dedi: “Qoy mənim dostum məndən incisin. Amma mən məmurlara müraciət etməməyə çalışıram. Vicdanlı məmurlar da çoxdur, aralarında. Millət vəkillərinin sorğusuna da cavab verirlər. Vətəndaşların problemlərinə də həssaslıqla yanaşırlar. Amma arada olan bu insanlar məmur adına da ləkə gətirir”.

Deputat söhbət zamanı zaman-zaman mətbuatda barəsində yayılan söhbətlərə də aydınlıq gətirdi. Xüsusən də Çexiyada özünə mülk alması iddialarından danışan A.Əliyev aşağıdakıları vurğuladı: “Bəzən böyük maliyyə maxinasiyalarını, dövlətin malına göz dikənləri bir kənara qoyub deyirlər ki, filankəs özünə ev alıb xaricdə. Bu gün maşın alverçisi də ev alır, ev alverçisi də maşın alır. Mənim haqqımda da deyirdilər ki, Çexiyada ev alıb. Adil Əliyev nə vaxt dövlətin cibinə girdi, nə vaxt büdcəni taladı? Çexiyada ikiotaqlı ev almaq Sulutəpədən ucuzdur. Bu gün ev alqı-satqısı ilə məşğul olan istənilən adam özünə nəinki Çexiyada, Londonda da ev ala bilər. Mən bu gün adamlar tanıyıram ki, ev alveri, maşın alveri ilə məşğul olurlar, heç bir savadları da yoxdur, amma millət vəkillərindən daha yaxşı imkanlara malikdir. Kim deyir ki, özünə ev tikib satmaq biznesdir? Mən özümə ev tikib satıram. Bu, nə vaxtdan biznes olub? Burda bahalaşıb, gedib o biri tərəfdə almışam. Sonra o tərəfdə də ev bahalaşıb, o biri tərəfdə almışam. Mən nə vaxt şirkət qursam, özümə işçilər tutsam, onlara məvacib versəm, onda deyərlər ki, mən biznes qurmuşam”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 036 15.11.18 22:53