Metropoliten rəsmisi deputatın iradına cavab verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Metropoliten rəsmisi deputatın iradına cavab verdi

Artıq istismar müddətini başa vurmuş 25 qatar dəyişdirilib. Bu, ventilyatorların da dəyişdirilməsi deməkdir. Ümumiyyətlə, ventilyatorların iş qrafiki mövsümə uyğun şəkildə dəyişdirilir.

Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakı metrosunda havalandırma sistemlərinin standartlara cavab vermədiyini bildirərək, mövcud problemlərin həll olunmasının vacibliyini vurğulayan deputat Fazil Mustafanın fikirlərinə cavab olaraq deyib.

Onun sözlərinə görə, bu istiqamətdə görülən işlərə mütəmadi olaraq nəzarət var:

“Artıq istismar müddətini başa vurmuş 25 qatar dəyişdirilib. Eyni zamanda, bu, ventilyatorların da dəyişdirilməsi deməkdir. Ümumiyyətlə, ventilyatorların iş qrafiki mövsümə uyğun şəkildə dəyişdirilir. Əvvəllər yay-qış olaraq qrafik ildə iki dəfə qrafik dəyişirdisə, artıq bu dörd qrafiklə əvəz olunub. Bu da şəhərdə tətbiq edilən isitmə sistemi ilə də əlaqəlidir.

Mütəmadi olaraq monitorinqlər aparırıq. Hər gün mütəxəssislər metropolitenin mikroiqlim laboratoriyasında bu istiqamətdə işlər görür. Bu gün stansiyanın 15-20 nöqtəsində oksigen səviyyəsi, rütubətin, hava axınının və sürəti, hərarət xüsusi spektlər vasitəsilə ölçülür və nəzarətdə saxlanılır. Bu da mövcud havalandırma qurğularının imkanlarından konstruktiv istifadə etməyimizə imkan yaradır.

Bu gün köhnə qatarlar olduğu üçün onlara yeni havalandırma sistemlərinin qoşulması qeyri-mümkündür. Bunu istehsalçı şirkətlər də təsdiqləyir ki, köhnə vaqonlara bu sistemlərin qurulması yeni vaqon istehsalına bərabər bir işdir.

Hər bir vaqonun 31 il istismar müddəti var. İstismar müddəti bitən və ya vaxtından əvvəl hər hansı problemlərdən dolayı istifadəyə yarasız vaqonlar xətdən çıxarılır. Onların yerinə yeni alınan qatarlar buraxılır”.

Qurum rəsmisi bildirib ki, qatarlarda havalandırma ilə bərabər, sərnişin çoxluğu bu narahatlığa səbəb ola bilir:

“Sərnişinlərin çoxluğunu nəzərə alsaq da, tunelə beş vaqondan artıq buraxmaq mümkün deyil. Bunun üçün gərək yeni xətlər açılsın. Qatarlar arasında iki dəqiqədən az interval qoymaq mümkün deyil. Mövcud şərtlər arasında sərnişinlərin rahatlığını təmin etmək üçün “Bakı Metropoliteni” QSC əlindən gələ bütün tədbirləri görür.

Hazırda 25 müasir tipli vaqonumuz sərnişinlərin ixtiyarına verilib. Gələcəkdə alınacaq yeni nəsil vaqonlar da bu problemin tamamilə aradan qaldırılmasına xidmət edəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            862 15.11.18 13:01