Kadırov tapançasına status yazdı, “blok” edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Kadırov tapançasına status yazdı, “blok” edildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun “Instagram” səhifəsi yenidən bloka düşüb. Qeyd edək ki, ötən ilin dekabrında blok edilmiş səhifə yenicə bərpa olunmuşdu.

Median.Az
“RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Kadırov sosial şəbəkədəki ilk postunu tapançasına həsr edib.

“Mənim sənə deyəcək çox sözüm var, dostum. Sən mənim həyatımı və şərəfimi qorumaq üçün düşmənlərə və yaramazlara nə qədər dəqiq “sözlər” demisən. Sən mənə qardaş oldun. Səni mənim övladlarım da sevir”, - deyə Kadırov öz postunda yazıb.

Səhifə bağlandıqdan sonra Kadırov öz “Telegram” kanalında bu postu 2017-ci ilin dekabrında yazdığını, lakin dərc etmədiyini bildirib.

Kadırovun “Instagram” və “Facebook”dakı səhifələri ötən il onun “Maqnitski siyahısına” salınmasından bir neçə gün sonra bloka düşmüşdü. ABŞ-ın bu “qara” siyahısına insan haqlarını pozan dövlət rəhbərlərinin adları daxil edilir.

Kadırov bu addımdan sonra Çeçenistana məxsus sosial şəbəkədə qeydiyyatdan keçərək səhifəsinin bloklanması ilə milyonlarla izləyicisinin ona birbaşa müraciət etmək və ilk mənbədən informasiya almaq imkanından məhrum olduğunu yazıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 135 15.11.18 12:33