Stadionu satıldığı deyilən orta məktəbin direktoru DANIŞDI - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Stadionu satıldığı deyilən orta məktəbin direktoru DANIŞDI - VİDEO

Son günlər xəbər portallarında Masallıda orta məktəbin stadionunun satışa çıxarıldığı və hətta, artıq alıcısının da tapıldığı yazılır.

ARB TV xəbər verir ki, bu barədə Masallı rayonunun Qəriblər kənd sakinləri tərəfindən verilən məlumatda deyilir.

İddiaya görə, stadionu Bələdiyyə sədri Müşfiq Ağayev satıb. 0,5 hektar ərazisi olduğu deyilən stadionun artıq yeni sahiblərinə veriləcəyi bildirilir.

Bələdiyyə sədri Müşfiq Ağayev mövzuya münasibət bildirərək qeyd edib ki, stadionun satılması ilə bağlı internetdə yayılan məlmatlar şər və böhtandır. Satılan torpaq məktəbin deyil, bələdiyyənin balansında olub. Bunu təsdiq edən sənədlər var.

Məsələ ilə bağlı ARB TV-yə açıqlama verən Qəriblər Kənd Orta məktəbin direktoru Şərafət Əliyev də yayılan məlumatın yalan olduğunu bildirib:

“Son günlər məktəbin stadionunun satılması ilə bağlı internetdə yayılan məlumatlar təmamilə yalandır. Həmin stadion məktəbin ərazisi ilə yaxınlığda yerləşsə də, məktəbin və Təhsil Nazirliyinin balansında deyil, kənd bələdiyyəsinin ərazisinə daxildir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 057 14.11.18 15:44