500-ə yaxın məhkuma elektron qolbaq tətbiq olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

500-ə yaxın məhkuma elektron qolbaq tətbiq olunub

Azərbaycanda azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla probasiya nəzarəti həyata keçirilir.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə keçirdiyi geniş müşavirədə deyilib.

Müşavirədə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirak etdiyi müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.

F.Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlərdən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən, hakimlərin Avropada nümunə kimi göstərilən şəffaf seçimindən, "Elektron məhkəmə" informasiya sisteminin və yeni məhkəmə infrastrukturunun yaradılmasından bəhs edib, ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən işlərdən danışıb.
Bildirilib ki, Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni Qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub, azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir.

Müşavirədə Sərəncamla məhkəmələrin üzərinə düşən mühüm vəzifələr diqqətə çatdırılaraq insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti vurğulanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 034 14.11.18 15:42