Qida Agentliyinin əməkdaşları rüşvət alan yerdə HƏBS OLUNDU » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Qida Agentliyinin əməkdaşları rüşvət alan yerdə HƏBS OLUNDU

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi kimi dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması sağlam sahibkarlıq mühitinin inkişafına gətirib çıxarmışdır.

Agentlikdən Fins.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar dalğasının növbəti mərhələsi kimi qida sahəsində fəaliyyət göstərən hər bir sahibkarlıq subyektinin prosesdə iştirakını təmin etməklə, onların öz fəaliyyətlərini müasir tələblərə uyğun şəkildə həyata keçirmələri üçün hərtərəfli dəstək göstərməkdədir. Belə ki, Agentlik fəaliyyətə başladığı ilk gündən etibarən qida sahəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi olaraq görüşlər keçirir, sahibkarları narahat edən problemlər öyrənilir və onların həlli birgə müzakirə olunur. Bu görüşlərin həyata keçirilməsində əsas məqsədlərdən biri də bu sahədə şəffaflığın təmin olunması, korrupsiya hallarına qarşı birgə mübarizə və neqativ halların aradan qaldırılmasıdır. Bununla əlaqədar Agentliyin rəhbərliyi tərəfindən dəfələrlə media vasitəsi ilə çağırışlar olmuş, qanunazidd hərəkətlər edən agentlik əməkdaşları və agentliyin adından istifadə edən şəxslərlə bağlı 1003 “Qaynar xətti”nə dərhal məlumatların verilməsi xahiş edilmişdir.

Bu istiqamətdə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birlikdə həyata keçirilən silsilə tədbirlər nəticəsində, Agentliyin yerlərdə fəaliyyət göstərən bir sıra əməkdaşları ilə yanaşı, qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs ifşa edilmiş və hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuşlar.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, əhalinin sağlam və təhlükəsiz qidalanması, rifahının təmin olunması istiqamətindədövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş tapşırıqların qüsursuz olaraq yerinə yetirilməsi üçün bundan sonra da aidiyyəti orqanlarla birlikdə qətiyyətli addımlar atılacaq və neqativ, pozucu fəaliyyətlə məşğul olan şəxslərin qanunun ən sərt üzü ilə rastlaşması üçün zəruri tədbirlər görüləcəkdir.

“Qida təhlükəsizliyi” anlayışının və fəaliyyət sahəsinin ölkəmizdə yeni formalaşdığını, eyni zamanda əhalinin sağlamlığının təmin olunmasında daha həssas və strateji əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Agentlik prosesdə iştirak edən bütün tərəfləri, sahibkarları, istehlakçıları və aidiyyəti dövlət orqanlarını öz funksyalarına uyğun olaraq fəaliyyətlərini daha da gücləndirməyə, iş adamlarını, vətəndaşları sosial məsuliyyətdən irəli gələn əsil vətəndaş mövqeyi ortaya qoymaqla, hər hansı neqativ hallarla bağlı  dərhal Qida Təhlükəsizliyi Agentliyin “1003 Qaynar xətti”nə və hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 571 14.11.18 13:48