Azərbaycanda dəhşətli yanğın: beş nəfər ölüb - TƏFƏRRÜAT + YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Azərbaycanda dəhşətli yanğın: beş nəfər ölüb - TƏFƏRRÜAT + YENİLƏNİB

Daşkəsən rayonunda beş nəfərin ölümü ilə nəticələnən yanğının təfərrüatı məlum olub.

Median.Az
-ın Report-a istinadən məlumatına görə, yanğın 1970-ci il təvəllüdlü Quşçu kənd sakini Tağıyev Pənah Cəmil oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.

Hadisə zamanı ev sahibi həyat yoldaşı Gəncə şəhərində xəstəxanada müalicə aldığı üçün onun yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızının anası, ev sahibinin qızı da anasının yanında olduğuna görə övladını ata evinə aparıb və qardaşı Asim Tağıyevin yanına qoyub.

Dünən axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanların dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, üç övladı və bir baldızı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğının evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.

Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yanğından yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsə oyanıblar. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb. Yaxınlıqda olan iki tövlə yanğından mühafizə edilib.

* * * * * 

Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.

Median.Az
Report-a istinadən xəbər verir ki, rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı beş nəfər həyatını itirib.

Ölənlər arasında dörd uşaq var: Tağıyeva Sevinc Şahin qızı (1990), Tağıyeva Aysun Asim qızı (2010), Tağıyev Sakit Asim oğlu (2012), Tağıyev Sadiq Asim oğlu (2017), Ədilxanova Günel Qoşqar qızı (2007).

Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 932 14.11.18 11:38