“Əlimi üzünə çəkmək istədim, qoymadılar” - 5 aydan sonra meyiti gələn alpinistin anası (VIDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

“Əlimi üzünə çəkmək istədim, qoymadılar” - 5 aydan sonra meyiti gələn alpinistin anası (VIDEO)

ARB TV-nin "Bu qədər” proqramının növbəti buraxılışı 2017-ci ilin dekabr ayında Tufan dağa qalxmaq üçün yola çıxan və 5 aydan sonra meyitləri tapılan 3 alpinistdən biri olan Namin Bünyatova həsr olunub.

Naminin anası Səadət Bünyatov oğlu haqqında danışıb:

"Dağlarla, təbiətlə maraqlanan uşaq olub. Dəcəl uşaq olmayıb. Məktəbdə, bağçada müəllimlər ondan razı qalıb. Rus dilini özü öyrənmişdi. Yaxşı bilirdi. Yoldaşımı itirəndə çox gənc idim. Amma Namin mənə təsəlli idi. Onun ailə qurmağı təsadüfən oldu. Ona qız axtarırdım amma tapmırdım. Seçimi özü edib, evləndi. Vətənini sevən idi. Yola çıxanda birinci çantasına bayrağını qoyurdu. Bir dəfə bayrağı tapa bilmədi, əsəbiləşdi.

Tapanda uşaq kimi sevindi. Hündürlüyü çox sevirdi. Arzuları çox idi. Deyirdi ki, biraz döz, bütün dünya məni tanıyacaq. 7 min metrlik dağ idi, getdi 1 aya gəldi. Hər gün ağlayırdım. Bir gün dedi ki, biz Quba dağlarına gedəcəyik. Quba sözü məni aldatdı. Fikirləşdim ki, yaxındı. Dedi ki, 1 günə qayıdacağıq. 3 dəfə soruşdum ki, hansı dağa gedəcəksən?

Cavab vermədi. Elə bil ki, könülsüz getdi. İlk dəfə idi ki, dağa gedəndə sevinmirdi. Mən onun ölüm xəbərini fikiləşəndə özümdən uzaqlaşdırırdım. Əmim ağlayanda dedim ki, nolub, Namindən bir xəbər var? Dedilər yox. Sonra cənazəsini əmisinin qapısına gətirdilər. İstədim əlimi üzünə çəkim, dedilər olmaz”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 265 13.11.18 16:46