Лондон
C

Biləcəri dairəsində xaos yaşanır - FOTO

Bakı Avtovağzalı yaxınlığında yerləşən və yeni təmirdən çıxan Biləcəri dairəsində tez-tez marşrut avtobuslarının hərəkətində qarışıqlıq müşahidə olunur.

Yolun kənarında, yaxınlıqda yerləşən göydələnin tam dibində şüşə dayanacaq quraşdırılsa da, dayanacağın önündən ötüb keçən avtobuslar orada yox, 100 metr kənarda saxlayırlar. Həmin ərazinin həddən artıq yükləndiyini nəzərə alsaq, burada avtobuslardan düşmək və çıxmaq sərnişinlərə də problem yaradır, qalan avtomobillərin hərəkətinə də.

Marşrut avtobuslarının nömrələrini göstərən xüsusi tabloların olmaması sərnişinlərə əziyyət verir, onlar hər avtobusun qarşısına qaçıb gedəcəkləri istiqamətlərdə avtobusları axtarmalı olurlar.

Üstəlik, dayanacaq olmadığı üçün sərnişinlər küləkdə, yağışda açıq havada gözləməli olurlar. Onların arasında körpələrin və qocaların olduğunu da diqqətə çatdırmaq istərdik. Sərnişinlər üçün nəzərdə tutulan dayanacaqda isə taksilər dayanır.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq.

“Bu, bizə işimizdəki çatışmazlıqları aradan qaldırmağa kömək edir. Biz həmin ərazidə fəaliyyət göstərən nəqliyyat şirkətlərinə xəbərdarlıq məktubu göndərmişik. Yolun həmin hissəsində marşrut avtobuslarının hərəkətinə nəzarəti gücləndirəcəyik. Əgər onlar yenə qayda-qanunu pozsalar lazımi tədbirlər görüləcək”, - BNA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirib.

BNA rəsmisi qeyd edib ki, yol polisi ictimai nəqliyyatın hərəkətinə nəzarət edir:

“Əgər marşrut avtobuslarının sürücüləri qaydalara əməl etmir və dayanacaqlardan kənarda dayanırlarsa, yol polisi tərəfindən cərimələnirlər”.//oxu.az










скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев