Dollarla bağlı mühüm proqnozlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |     14:10 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı  |     14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |     14:08 Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb  |     14:07 Lənkəranda “Range Rover” yandı  |     14:06 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:40 Bakıda 10 yaşlı oğlan itkin düşüb  |     13:40 DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  |     13:38 Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:35 Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub  |     13:34 Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır  |     13:29 54 yaşlı Cennifer Lopes çəhrayı qısa ətəkli paltarda görünüb - FOTO  |     13:28 “Telegram”da tezliklə 16 yeni funksiya olacaq  |     13:20 Smartfon istehsalçılarının reytinqində lider dəyişdi  |     12:59 Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO  |    

Dollarla bağlı mühüm proqnozlar

ABŞ valyutasının yaxın beş ayda ucuzlaşmasını proqnozlaşdırmaq düzgün deyil.

Median.Az
-ın xəbərinə görə, belə qənaətə “Bloomberg” agentliyinin sorğu ünvanladığı analitiklər gəliblər.

Ekspertlər hesab edirlər ki, dollar 2019-cu ildə ucuzlaşacaq, lakin bu, ilin ilk kvartalında baş verməyəcək.

Analitiklər əmindirlər ki, ABŞ valyutasına ABŞ Federal Ehtiyat Sistemi (FES) və əmək bazarındakı yüksək göstəricilər dəstək olacaq. Qeyd olunur ki, “Bloomberg”in dollar indeksi son 18 ayda ən yüksək həddə çatıb.

“Dollar ən yüksək göstəricilərə yaxındır. Lakin perspektivdə 6-12 ay ərzində hər şey əksinə ola bilər”, - “Credit Agricole” şirkətinin analitiki Valentin Marinov hesab edir. Onun fikrincə, dolların əsas dəstək amili ABŞ FES-in pul siyasətidir.

“Societe Generale” şirkətinin analitiki Kit Yukes də ABŞ FES-in siyasəti və məşğulluğun yüksək göstəricisinin dolları dəstəkləyən əsas amillərdən hesab edir. Onun fikrincə, ABŞ valyutasının ucuzlaşması 2019-cu ildə baş verəcək.

Analoji mövqeyə “Bank of America”nın mütəxəssisi Ben Rendol malikdir. O hesab edir ki, ABŞ iqtisadiyyatının artım tempinin yavaşlaması dolların ucuzlaşmasına səbəb olacaq. Bununla belə, onun fikrincə, Avropadakı problemlər və Brexit ABŞ valyutasının möhkəmlənməsinə kömək edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 326 13.11.18 11:51