Neftin qiyməti yenidən bahalaşır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Neftin qiyməti yenidən bahalaşır

İki aydan çox davam edən ucuzlaşmadan sonra bu gün neft bahalaşıb.

“Brent” markalı neft birjalarda 71.25 dollarla satışa başlayıb.

Bu arada, rəsmi Tehran neftin qiymətinin ucuzlaşmasına görə Rusiya və Səudiyyə Ərəbistanını günahlandırıb.

Belə ki, İranın Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili öz çıxışında Rusiya ilə Səudiyyə Ərəbistanının neft istehsalını artırdığını və bunun da “qara qızıl”ın qiymətinin bir barel üçün 15 dollar ucuzlaşmasına səbəb olduğunu deyib.

O, neft tədarükünün artmasının qiyməti ucuzlaşdırdığını, bu vəziyyətin digər istehsalçılara mənfi təsir edəcəyini, Rusiya və Səudiyyə Ərəbistanının istehsalı azaltmasının vacibliyini bildirib.

Qeyd edək ki, “Brent” markalı neftin bir barelinin qiyməti ABŞ-ın İrana qarşı sanksiyalarda səkkiz ölkəyə güzəştə getməsi, eləcə də, Səudiyyə Ərəbistanı, Rusiya və Birləşmiş Ştatlarda hasilatın artması fonunda son səkkiz ayın minimumuna düşüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 933 12.11.18 13:01