Amaliya Pənahova ilə vida mərasimi keçirilir - Fotolar » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Amaliya Pənahova ilə vida mərasimi keçirilir - Fotolar

Hazırda Akademik Milli Dram Teatrında xərçəng xəstəliyindən dünyasını dəyişən 73 yaşlı xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir.

Median.Az
xəbər verir ki, "Qafqazinfo”nun əməkdaşının məlumatına görə, mərasimdə mərhum aktrisanın ailə üzvləri, sənət dostları, həmkarları, eləcə də mədəniyyət naziri Əbülfəs Qarayev də iştirak edir.

Mərasimə qatılan əməkdar artist Teymur Əmrah Amaliya Pənahovanın vəfatının böyük itki olduğunu bildirib: "Yaxınlarına, ailəsinə səbr diləyirəm. Böyük itkidir. Azərbaycan teatrına töhfələr verib. Allah rəhmət eləsin”.

Xalq artisti Nurəddin Mehdixanlının sözlərinə görə, Amaliya Pənahova ömrünün son gününədək teatr üçün fədakarlıqlar edən sənətkar olub: "Hər zaman gənclərə dəstək olub, yanlarında olub. Çox çətin dövrdə Bakı Bələdiyyə Teatrını yaratdı, sənətdən uzaqlaşan şəxsləri ora dəvət etdi. O həm sənətçi, həm də insan olaraq özü üçün yaşamayıb. Amaliya Pənahovanın yeri hər zaman görünəcək. O, fiziki mənada uzaqlaşıb. Amaliya xanım hər zaman bizimlə olacaq”.



 

 

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 164 09.11.18 13:06