“Qarabağ”ın təyyarəsi Ukraynadan qayıtmaqda problemlə üzləşdi » Median.Az News Agency


“Qarabağ”ın təyyarəsi Ukraynadan qayıtmaqda problemlə üzləşdi
“Qarabağ”ın Ukraynadan Bakıya dönməsində problem yaranıb.

Əlverişsiz hava şəraiti ucbatından komandanı Bakıya gətirməli olan təyyarə geriyə qayıda bilməyib.

Bu barədə məlumatı “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli verib. Onun sözlərinə görə, təyyarə bu gün yerli vaxtla saat 12:00-da Poltava hava limanından uça biləcək.

Onu da bildirək ki, əvvəl təyyarənin Bakı vaxtı ilə saat 03:30-da havaya qalxacağı planlaşdırılmışdı. AZAL şirkətinə məxsus təyyarə saat 07:00-da Heydər Əliyev adına hava limanına eniş etməli idi.

Qeyd edək ki, “Qarabağ” “Vorskla” üzərində 1:0 qələbə qazanaraq ilk xalını qazanıb və ilk qolunu vurub. Bu matç şaxtalı hava şəraitində keçib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 121 09.11.18 11:49        

Messi zədələndi

419   İdman 23-03 22:37