Sərnişinlərə ŞAD XƏBƏR - İlin sonuna kimi 2 metro stansiya açıla bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |    

Sərnişinlərə ŞAD XƏBƏR - İlin sonuna kimi 2 metro stansiya açıla bilər

Hazırda metropolitenin III-bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov bildirib.

Ə.Osmanovun sözlərinə görə, metropolitenin baş layihəçisi olan Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verib: “Qısa müddətdə “Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttin digər stansiyalarının tikintisində işlər lazımı səviyyədə aparılır”.

Baş mühəndis qeyd edib ki, metro vaqonları parkının plana uyğun sürətlə yenilənməsi nəticəsində, Fransanın “Alstom” və Rusiyanın "Metrovaqonmaş" şirkətlərinin birgə istehsalı olan ən müasir, sərnişin üçün yüksək rahatlığa malik 15 ədəd vaqon alınıb.

Ə.Osmanovun sözlərinə görə, vaqon parkının artması saatda 30 cüt qatar hərəkət cədvəlinə keçməyə və hərəkətin intensivliyini çoxaltmağa imkan verib: "İnkişafın və yenidənqurmanın davamı olaraq, 2018-ci ildə "Metrovaqonmaş" şirkətindən 10 vaqon alınıb. Sərnişinlərin rahatlığı və xidmət keyfiyyətinin artırılması istiqamətində bütün stansiyaların vestibüllərində interaktiv-sensorlu məlumat köşkləri qurulub. 

Şəhərin xəritəsi üzərindəki Bakı Metropoliteni xətlərinin interaktiv sxemindən başlanğıc və sonuncu stansiyaların adlarını seçməklə sərnişin öz hərəkət marşrutu haqqında, stansiyalar və keçidlər (əgər varsa), mühüm məişət, mədəni, təhsil, nəqliyyat və s. obyektlər barədə məlumat əldə edə bilir. Bu il həmin köşklərin imkanları genişləndirilib, sərnişinlərə məlumatlar daha da ətraflı çatdırılır. Məlumatların daha dolğun və görüntülü olması üçün bütün stansiyalarda olan sərnişin informasiya sisteminin monitorları dəyişdirilərək ən yenilərilə əvəz olunub".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 769 08.11.18 16:28