Bakıda xəstəxanada kütləvi zəhərlənmə - VİDEO » Median.Az News Agency

Bakıda xəstəxanada kütləvi zəhərlənmə - VİDEO
Bakıda 8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib.

Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb:

“Yeddi həkim təxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Heç birində zəhərlənmə əlaməti olmadığı üçün evə buraxılıblar. Sadəcə həkimlər qorxub, təlaşlanıblar”.

Nazirlikdən qeyd edilib ki, hazırda poliklinikanın içərisinə dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır:

“Çünki xəstəxana qazlaşdırılmış bina deyil”.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri A24.az saytı yayıb.


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




780 08.11.18 14:42