Bakıda qadın 14 yaşlı oğlunu zəncirlədi - O, mənim öz atam deyil » Median.Az News Agency


Bakıda qadın 14 yaşlı oğlunu zəncirlədi - O, mənim öz atam deyil
Bakıda uşaq evdən qaçıb.

Median.Az
Milli.Az-a istinadən xəbər verir ki, şəkildə gördüyünüz yetkinlik yaşına çatmayan bu uşaq anası ilə bağlı şok iddialar səsləndirib.

"Səni axtarıram"a üz tutan 14 yaşlı oğlan anasının və ögey atasının zülmündən qaçdığını deyib:

"Mən evdə qalmaq istəmirəm. Məni anam il yarım bir butkaya zəncirləyib. Anam məktəbdən çıxartdı, qoymadı oxuyum. Türkanda internat məktəbində oxuyurdum. Yaxşı da oxuyurdum. 7-ci sinifə qədər qiymətlərim əla olub. Məni fəhləliyə yolladı. Günü 15 manata daş daşıyırdım. Anamın yanındakı şəxs ögey atamdır, öz atam deyil. Atam Naxçıvanda yaşayır. Məni sığınacağa yerləşməyə kömək edin".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          694 08.11.18 13:51