"Maaşım mənə bəs edir" — Deputat » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

"Maaşım mənə bəs edir" — Deputat

Milli Məclisin deputatı Mirkazım Kazımov millət vəkili həmkarı Qüdrət Həsənquliyev deputat maaşının artırılması ilə bağlı çağırışına münasibət bildirib.

Mirkazım Kazımov "Ölkə.Az"a açıqlamasında deyib ki, indiki məqamda buna ehtiyac görünmür:

"Qüdrət Həsənquliyev partiya sədri olduğu üçün belə çıxış edir. Mən Yeni Azərbaycan Partiyasının üzvü olduğum üçün maaşla bağlı müstəqil fikir söyləməyə ehtiyac görmürəm. İndi bu yaxınlarda gələn il üçün Dövlət Büdcəsi qəbul olunacaq. O zaman ola bilsin ki, Milli Məclis deputatlarının da maaşlarında artım olsun".

Deputat maaşından da razı olduğunu söyləyib:
"İndiki maaşımdan narazı deyiləm. Yəqin ki, Qüdrət bəy partiya sədri olduğu üçün xərcləri də çoxdur. Amma aldığım maaş mənə bəs edir".

Xatırladaq ki, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deputatlarının maaşının artılmasını təklif edib:

"Cənab Prezident 1 may 2017-ci il tarixdə fərman imzalayıb və fərmana əsasən, yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, dövlət rüsumu haqqında qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir.
Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək.
Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 385 07.11.18 18:29