Tələbə və pensiyaçılara ŞAD XƏBƏR – Güzəştlər bərpa oluna bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Tələbə və pensiyaçılara ŞAD XƏBƏR – Güzəştlər bərpa oluna bilər

Tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə baxıla bilər.

Median.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxtın nəqliyyat sahəsində görülən işlər və problemlərdən danışarkən deyib.

V.Kərimli bildirib ki, BNA-nın fəaliyyətə başladığı ilk ildə mövcud problemlər və onların araşdırılması, zəruri istiqamətdəki addımlar analiz olunub: "Problemləri mərhələli şəkildə - qısamüddətli və ortamüddətli hədəflər şəklində müəyyən etmişik.

Ən zəruri məsələ avtobus parklarının yenilənməsidir. Bütün dünyada belə bir təcrübə var ki, şəhər daha çox avtomobil deyil, piyadaların istifadəsi üçün hazırlanmalıdır.

Şəxsi nəqliyyat vasitələrinin daha az olması üçün isə ictimai nəqliyyatın işi yüksək səviyyədə olmalıdır. Bunun üçün parkinq yerləri, ictimai nəqliyyatın daha əlçatan olması vacibdir.

Hazırda məhz bu istiqamətdə işlərimizi davam etdiririk. Agentliyin hədəfi Bakı standartlarını yaratmaqdır".

Agentlik rəhbəri yaxın zamanlarda avtobuslara qoyulan tələblərin açıqlanacağını deyib: "Nəqliyyat vasitəsinin həm daxili, həm xarici tərtibatı, həm də texniki göstəriciləri, ən əsası isə təhlükəsizlik məsələləri əsas şərt kimi qoyulub".

O qeyd edib ki, paytaxt küçələrində bu günə qədər 3 mindən çox pandus, eləcə də piyadaların təhlükəsizliyi üçün tumbalar quraşdırılıb:

"Bu işlər davam etdiriləcək, fiziki məhdudiyyətli insanların ən çox getdiyi yerlərdə, küçələrdə, ən çox olduqları binaların pilləkənlərində pandusların quraşdırılmasına, eyni zamanda panduslu avtobuslara üstünlük veriləcək. Həmçinin, gözdən əlil insanların daha rahat hərəkəti üçün sədlərin düzəldilməsi nəzərdə tutulub.

Avtobuslar da panduslu olmalıdır, əks təqdirdə, hansı daşıyıcıya məxsus olmasından asılı olmayaraq, həmin avtobuslar fəaliyyət göstərə bilməyəcək".

V.Kərimli sürücülük mədəniyyətinə də toxunub: "Sürücülük mədəniyyətinin olmaması da tıxaca səbəb olur. Məsələn, bu gün zolaqlar üzrə düzgün hərəkətə demək olar ki, çox az rast gəlinir. Yolda 3 zolaq var, amma görürsən ki, 4-5 avtomobil yan-yana dayanıb.

Zolaqlar elə-belə düşünülməyib, zolaqların sayı fövqəladə hal yarandığı təqdirdə, vətəndaşın avtomobildən rahat çıxışını təmin etmək üçündür. Əfsuslar olsun ki, sürücülər buna riayət etmir.

Sürücü həm qaydaları pozur, həm də tıxacdan şikayət edir. Tıxacı da biz insanlar yaradırıq, qəzaları da biz törədirik. Sürücülük mədəniyyəti sürücülük vəsiqəsi əldə olunan andan sükan arxasına keçilənə qədər formalaşmalıdır".

BNA rəhbəri tıxaclardan danışarkən tikinti işlərini də xüsusi vurğulayıb: "Bəzən görürük ki, yolu bağlayıb beton tökürlər. Kimdən icazə aldıqları da məlum deyil.

Qəribədir ki, bu işlər, ya səhər tezdən, ya da axşam saatlarında edilir. Deməli, tıxacı da, sıxlığı da özümüz yaradırıq. Bizim əsas məqsədimiz inzibati tənbeh tədbirlərini bir qədər də gücləndirməkdir. Təbii ki, bu, çətin bir proses olacaq, amma əsas odur ki, şəffaflıq təmin olunacaq".

V.Kərimli deyib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən ümumilikdə şəhərdə tıxacların azaldılması üzrə 40-dan çox layihə təqdim edilib:

"Məsələn, "Yol-1" çox vacib layihədir. Bu, Tbilisi prospekti ilə bağlı layihədir. Buradan İzmir prospektinə qədər yol kəsişmələri və geridönmələr tamamilə analiz edilib. Hazırda müvafiq qurumlar tərəfindən ərazidəki kommunikasiya xətlərinin köçürülməsi işlərinə baxılır.

Bakı Nəqliyyat Agentliyi problemi araşdıraraq həll yolu təklif edən qurumdur. işin texniki tərəfləri isə digər qurumlar tərəfindən həyata keçirilir. Necə ki, 3-cü mikrorayon dairəsində layihə yekunlaşmaq üzrədir, paralel olaraq, 4-cü mikrorayon dairəsi layihəsinə də başlayacağıq".

Onun sözlərinə görə, Bakıda tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə də baxıla bilər: "Hazırda "BakıKart" 150-yə yaxın avtobusda istifadə olunur.

Bütün avtobusların kart sisteminə keçməsinə hazırlıq gedir. Dəqiq tarix söyləmək çətindir, lakin kart sistemi üzrə işlər yekunlaşdıqdan sonra avtobuslarda gediş haqqının ödənişi üçün həm tələbə, həm də pensiya kartlarının tətbiqi müvafiq qurumlarla razılaşdırılmaqla həyata keçirilə bilər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 634 07.11.18 15:43