İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib.
Ombudsman bu təklifini Milli Məclisdə (MM) büdcə müzakirələrində çıxışı zamanı səsləndirib.
E.Süleymanovanın qeyd etdiyinə görə, aktual məsələlərdən biri də milli genofondun, ailə sağlamlığının qorunmasıdır.
“Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanmasının səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”, - deyə o bildirib.//OXU.AZ