Cahangir Hacıyevin arvadı Londonda həbs olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |    

Cahangir Hacıyevin arvadı Londonda həbs olundu

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda saxlanılıb.

Median.Az
xəbər verir ki, bu barədə “Report” BBC-yə istinadən məlumat yayıb.

Bildirilir ki, 55 yaşlı Z. Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, Z. Hacıyeva ötən həftə Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z. Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

Bildirilir ki, onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur.

Məlumata görə, Z. Hacıyevaya qarşı iki mənimsəmə ittihamı irəli sürülüb. O, ötən çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.

Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyeva zaminə buraxa bilər. Bunun üçün o, 500 min funt sterlinq məbləğində zəmanət ödəməlidir. Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.

Lakin dövlət prokurorları buna etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir.

Apellyasiya şikayətinə cümə axşamı günü Ali Məhkəmədə baxılacağı gözlənilir.

Z. Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq (35,85 milyon manat) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-veriş üçün ödənişi ərinin vaxti ilə rəhbərlik etdiyi bankın 35 ədəd kredit kartı vasitəsi ilə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 428 07.11.18 11:37