Median.Az xəbər verir ki, Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, noyabrın 4-də rayon ərazisindəki evdən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini Əsgər Eyvazov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.