Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, rayon ərazisində 2 “VAZ-2106” və 1 “Daewoo” markalı avtomlobillərdən akkumulyator və 210 manat pul oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Yusubov saxlanılıb.
Bundan başqa, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Audi”, “Hyundai” və “Dong-Feng” markalı 3 avtomaşından pul, maqnitofon və sənəd oğurlayan Bakı şəhər sakini Rövşən Novruzov saxlanılıb.
Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən 4 avtomobildən akkumulyator oğurlayan Bakı şəhər və Ucar rayon sakinləri olan 4 nəfər saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.