Fariz Məmmədov Avanesyanla Yerevanda döyüşəcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Fariz Məmmədov Avanesyanla Yerevanda döyüşəcək?

Üç ilə yaxındır idman karyerasını başa vuran azərbaycanlı boksçu Fariz Məmmədov peşəkar boksa qayıtmağa hazırdır.

Məmmədovun qayıtmasının yeganə şərti erməni idmançı David Avanesyana qarşı Yerevanda görüşün təşkilidir.

F.Məmmədov 2016-cı ilin fevralında WBF və WBCA versiyası üzrə ağır çəkidə dünya çempionu olub, sonra isə karyerasını başa vurub. Bir müddət əvvəl sosial şəbəkə boksçu rinqə qayıtmaq arzusunu bildirib, ancaq qeyd edib ki, yalnız Avanesyanla və yalnız Yerevanda döyüşmək istəyir.

“Mənim şərtlərim birmənalı və konkretdir. Döyüş yalnız Davidin evində, Yerevanda keçirilməlidir”, - Məmmədov yazıb.

Xatırladaq ki, paylaşımdan sonra rusiyalı promouter, “Titov Boxing Promotion” şirkətinin direktoru Aleksey Titov Azərbaycan və Ermənistan arasındakı problemlər səbəbindən döyüşü təşkil etməyin çətin olduğunu açıqlayıb. Ancaq qeyd edib ki, razılıq əldə olunsa, şirkət 2019-cu ilin ortalarında Məmmədov-Avanesyan görüşünün təşkilatçılığını üzərinə götürməyə hazırdır.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 139 06.11.18 16:13