Azərbaycan 2019-cu ildə qaz idxalından imtina edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |    

Azərbaycan 2019-cu ildə qaz idxalından imtina edəcək

Azərbaycan 2019-cu ildən Rusiya və Türkmənistandan qaz idxal etməyi planlaşdırmır.

Median.Az
xəbər verir ki, bu fikirləri TASS agentliyinə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Şirkətin hazırkı planlarına əsasən, növbəti ildə Rusiyadan qaz idxalını planlaşdırmırıq”, - SOCAR nümayəndəsi bildirib.

Bununla yanaşı, o əlavə edib ki, 2017-ci ilin sonunda Rusiya ilə imzalanmış illik müqaviləyə əsasən, idxal edilməli olan bir neçə milyon kubmetr qaz növbəti aylarda alınacaq.

“İdxal ediləcək qazın həcminin artırılması məsələsində Rusiya ilə yeni müqavilənin imzalanması gözlənilmir. Eyni zamanda, bu, Türkmənistana aiddir”, - Əhmədov bildirib.

O qeyd edib ki, Azərbaycan qazın əsas hissəsini Rusiyadan idxal edirdi.

“Bunun əsas hissəsi yay aylarında idxal edilirdi. İdxal edilən qaz anbarlara vurulur, ixrac, emal və digər məqsədlər üçün istifadə edilir. Bu yolla biz qaz anbarlarımızın potensialını həyata keçirmişik”, - nümayəndə deyib.

“Hazırda qaz anbarlarımıza üç milyard kubmetrdən çox qaz vurulub ki, bu da ötənilkindən çoxdur. Daxili hasilat da artır. Müvafiq olaraq, qaz anbarlarına vurulan Azərbaycan qazının həcmi də artacaq. Buna görə idxal zərurəti qalmır və biz bilirdik ki, növbəti ildən qaz idxal etməyəcəyik”, - SOCAR rəsmisi əlavə edib.

“Qazprom eksport” və SOCAR 2017-ci ilin noyabrında Azərbaycana qaz idxalı ilə bağlı müqavilə imzalamışdı. İdxal 2017-ci il noyabrın 22-də başlamışdı. İllik müqavilə çərçivəsində Azərbaycana 1,6 milyard kubmetr rus qazının idxalı planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 132 06.11.18 12:09