Лондон
C

Аbşeron rayonunda sərnişinləri soyan cibgir tutulub

Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhər ərazisində, avtobusda Oğuz rayon sakini A.Azaxovanın, içərisində 150 manatı və gümüş qolbağı olan pulqabısını oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Cəfərov saxlanılıb.

Araşdırma zamanı onun ictimai nəqliyyatda Masazır qəsəbə sakinləri Z.Orucovanın və C.Bəndəliyevin çantalarından mobil telefon, Xırdalan şəhər sakini V.Həsənovun cibindən isə
170 manat və mobil telefon oğurlaması müəyyən edilib.

Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев