Azərbaycanda tələbə biletləri ilə bağlı yenilik - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda tələbə biletləri ilə bağlı yenilik - VİDEO

Azərbaycanda tələbə biletlərinin, eləcə də tələbə təqaüdlərinin verilməsi formasının dəyişdirilməsi nəzərdə tutulub. Yeni kart çoxfunksiyalı olacaq.

Median.Az
-ın “Xəzər TV”yə istinadən məlumatına görə, yeni biletlər təkcə tələbələrin universitetdə oxuduqlarını təsdiqləyən sənəd rolunu oynamayacaq.

Bu biletdən həm də ödəniş kartı kimi istifadə etmək mümkün olacaq.

İstər dövlət, istərsə də tədris müəssisələrinin verdiyi təqaüdlər həmin kartlara köçürüləcək. Bundan başqa, bu vəsiqələrlə tələbələr müxtəlif əməliyyatlar edə biləcəklər.

Millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyir ki, dünya ölkələrində bu təcrübədən uzun müddətdir istifadə olunur.

Tələbələr də çoxfunksiyalı biletlərin tətbiqini müsbət qiymətləndirirlər. Bu onların işlərini xeyli rahatlaşdıracaq.

Qeyd edək ki, bu məsələ “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda öz əksini tapıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 126 03.11.18 14:57