Qəbirstanlığda taksi sürücüsünü qarət edənlər 16 il cəza alıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Qəbirstanlığda taksi sürücüsünü qarət edənlər 16 il cəza alıblar

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Akif Cavadov və Vasib Rzayevin CM-nin 181.2.1-ci (quıdurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, Bakı şəhər sakini Teymur Müseyibli Suraxanı RPİ 30-cu polis şöbəsinə müraciət edərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və telefonunu əlindən alıblar. Suraxanı RPİ Cinayət Axtarış Şöbəsi və 30-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Akif Cavadov və Vasib Rzayev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri mobil telefonu Hövsan qəsəbəsində Mirzə adlı şəxsə narkotik vasitə - heroin müqabilində satıblar.

Növbəti əməliyyat nəticəsində Hövsan qəsəbə sakini Mirzə Mirzəyev də saxlanılıb. Onun yaşadığı evə baxış zamanı satış üçün nəzərdə tutulan 171,388 qram heroin və 24,291 qram metamfetamin aşkar olunaraq götürülüb.

İş üzrə dindirilmiş Akif Cavadov bildirib ki, sürcüyə telefofonundan nömrəni çıxartmasını və ailə şəkillərini pozub, onlara verməsini deyib. Vasif Rzayevin sözlərinə görə, qəbirstanlığa çatanda, zərərçəkmişə maşını söndürməsini bildirib : "Dedik, düz başa düş, bizə pul lazımdı. Telefonu, götürüb avtomobildən çıxdıq”.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 858 02.11.18 18:55