Bakıda içərisində külli miqdarda pul və qızıl əşyaları oğurlayan şəxslərin məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |    

Bakıda içərisində külli miqdarda pul və qızıl əşyaları oğurlayan şəxslərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Aslan Qasımov, Familə Vəliyeva, İmamverdi Həsənov, Elnur Aslanov və Sahib Həsənbəylinin CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi üzrə üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, bu il aprelin 22-də paytaxt sakini Xətai RPİ-nə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən, içərisində 30.000 dollar və 100.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.

Xətai RPİ və 37-ci polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmamverdi Həsənov, Sahib Həsənbəyli, Familə Vəliyeva, əvvəllər məhkum olunmuş Elnur Aslanov və Aslan Qasımov saxlanılıblar.

İstintaq zamanı müəyyən edilib ki, S.Həsənbəyli zərərçəkənin evində külli miqdarda pul olması barədə əvvəlcə İ.Həsənova məlumat verib. O isə öz növbəsində digər dəstə üzvləri E.Aslanov və A.Qasımovla birlikdə oğurluq etmək qərarına gəlib. Seyfi ələ keçirəndən sonra onlar S.Həsənbəylinin Abşeron rayonunda yerləşən bağ evinə yollanıblar. Orada seyf kəsilərək açılıb və əldə edilən pul saxlanılan şəxslərin arasında bölünüb. Seyfdə olan qızıl-zinət əşyaları S.Həsənbəyli və İ.Həsənov tərəfindən satılandan sonra həmin pullar da yenidən dəstə üzvləri arasında bölüşdürülüb.

Hazırlıq iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış iclası noyabrın 12-nə təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 517 02.11.18 18:31