8 uşağını sığınacağa verən 71 yaşlı ata: “Bəlkə bir-ikisi də oldu” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

8 uşağını sığınacağa verən 71 yaşlı ata: “Bəlkə bir-ikisi də oldu”

Ötən gün Təmiz Dünya İctimai Birliyinə gətirilən 8 uşağın atası ilə bağlı iddialar insanlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, 71 yaşlı atanın uşaqlarından ən böyüyünün 9 yaşı, kiçiyinin isə 1 yaşı var. Ata ilə ananın uşaqları sığınacağa gətirməkdə məqsədi onlara baxa bilməməkləri və kömək istəmələri olub.

Median.Az
-ın məlumatına görə məsələ ilə bağlı Open.az-a açıqlama verən 71 yaşlı ata Cavad Cavadov onu qınayanları başa düşmədiyini bildirib: "Gəlib mənim də, uşaqlarımın da qanını yoxlasınlar. Hələ bəlkə bundan sonra da bir-iki uşağım oldu. Mənə deyirlər ki, baxa bilmirsənsə, niyə 8 dəfə övlad sahibi olmusan. A bala, qanunda deyirlər ki, uşağı məhv etməyin. İndi uşağı abort etdirməyib saxlamışam. Deyirlər ki, uşaq sahibi olanda məndən soruşmuşdun? Deyirəm öldürmək günahdır, onlar da dünyaya gəlir".

Cavad Cavadov qeyd edir ki, indi yaşadığı xanım onun ikinci ailəsidir: "Birinci ailəmlə anama baxmadığına görə ayrılmışam. Birinci evliliyimdən iki qızım var. Onları böyüdüb ərə vermişəm, artıq nəvə-nəticə sahibiyəm. Əvvəl mənim yaxşı işim, şəxsi mərmər sexim olub. İndi qocalmışam deyə daşlara gücüm çatmır. Neçə dəfə aidiyyatı qurumlara müraciət etmişəm, amma baxan yoxdur”.

Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qadın və kişi artıq sığınacağı tərk edib: "Onlar uşaqları da götürüb, rayonlarına qayıdıb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 277 02.11.18 17:59