“İnstagram”da insanları aldadan və şantaj edən şəxs yaxalandı – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |    

“İnstagram”da insanları aldadan və şantaj edən şəxs yaxalandı – FOTO

Sosial şəbəkələrdə insanların etimadını qazanan və həmin şəxsləri aldadaraq onlara külli miqdarda maddi ziyan vuran şəxslərə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “İnstagram” sosial şəbəkəsində “hacker_azerbaijan” və “hacker_club_aze” adlı səhifələrin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı barədə çoxsaylı müraciətlər daxil olub.



Aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan mobil telefonun yönləndirilməsi, telefonda ön kameranın açılması və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi, həmçinin universitetlərə qəbul imtahanları zamanı keçid balının qaldırılması, sosial şəbəkələrdə profillərin izlənməsi kimi uydurma xidmətlər təklif olunur.

Keçirilən əməliyyat-axtarış və texniki tədbiri nəticəsində “hacker_azerbaijan” və “hacker_club_aze” səhifəsinin Mingəçevir şəhər sakini Cavid İbadov tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib.



Araşdırma zamanı müəyyən edilib ki, C.İbadov qarşı tərəfin şəxsi məlumatlarını və pulunu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə “qara sıyahı”ya ataraq onlarla əlaqələrini kəsib.

Həmçinin o da müəyyən edilib ki, C.İbadov tələb etdiyi pulu ona göndərməyən insanları həmin şəxslər barəsində əldə etdiyi məlumatları yayacağı ilə də hədələyib.



Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin hələlik istintaqa məlum olan 3 nəfərdən ümumilikdə 9000 manat pul aldığı sübuta yetirilib.

C.İbadovun adları qeyd edilən səhifələr vasitəsilə “İnstagram” sosial şəbəkəsində aldatdığı və pulunu mənimsədiyi başqa şəxslər varsa bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verə bilərlər.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verərək insanları dələduzluq yolu aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyyə edir.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 400 02.11.18 13:33