Median.Az xəbər verir ki, Xətai RPİ-nin 37-ci polis şöbəsinə müraciət edən əcnəbi vətəndaş, müvəqqəti yaşadığı mənzildən 900 dollar və 650 manat pulunun, habelə 130 manat dəyərində ərzaq məhsullarının bir qadın tərəfindən oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.