Deputat nazir Elmar Məmmədyarovun çıxışına irad tutdu: Heç nə başa düşmədim » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |    

Deputat nazir Elmar Məmmədyarovun çıxışına irad tutdu: Heç nə başa düşmədim

Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.

Belə ki, nazir Elmar Məmmədyarov ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.

Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun məşhur çıxışına qulaq asdığını bildirib:

"Düzü, Elmar Məmmədyarovun çıxışına qulaq asdım, amma heç nə başa düşə bilmədim. Hər hansı nazirin öz dilində danışa bilməməsi yaxşı hal deyil. Bütün nazirlər, dövlət məmurları Azərbaycan dilində danışmağa və dilini mükəmməl şəkildə bilməyə borcludur".

Deputat müqayisə də aparıb:

"Ümidvaram ki, müqayisəmi səmimi qəbul edəcəksiniz. Məsələn, ölkə prezidenti yüksək və akademik səviyyədə Azərbaycan dilində danışır. Eyni zamanda, yüksək və akademik səviyyədə ingilis, rus dillərini də bilir. Bu, ölkə prezidentinə beynəlxalq səviyyədə çox yüksək uğur qazandırır. Eyni zamanda, öz doğma dilini mükəmməl səviyyədə bildiyinə görə Azərbaycan xalqı tərəfindən həm də buna görə sevilir. Ya da götürək Milli Məclisin sədri Oqtay Əsədovu, Baş nazir Novruz Məmmədovu. Onlar da Azərbaycan və xarici dillərdə səlis danışa bilirlər. Həmçinin, digər nazirlər və komitə sədrləri də Azərbaycan dilində danışa bilir və buna borcludurlar".

Fəzail Ağamalı hər bir rəhbərin Azərbaycan dilini öyrənməyə borclu olduğunu vurğulayıb:

"Bəziləri danışa bilmirsə, Azərbaycan dilini öyrənməyə borcludurlar. Zəhmət çəksinlər, Azərbaycan dilini öyrənsinlər. Çətin məsələ deyil. Ona görə də Elmar Məmmədyarovun ana dilində danışa bilməməsi təqdir olunan hal deyil. Elmar Məmmədyarov savadlı diplomatdır. Uzun müddətdir ki, xarici siyasətlə məşğul olur və müəyyən təcrübəsi var. Bütün bunları istisna etmirəm. Amma Azərbaycan dilində də danışmağı bacarmalıdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 428 01.11.18 17:08