Dünyaca məşhur CNN telekanalı “Əbədi məşəl: Azərbaycan necə odlar yurdu olub” adlı reportaj yayımlayıb.
Telekanal süjetini Azərbaycanın iki “vizit kartı” sayılan “Yanar dağ” və “Atəşgah” komplekslərinə həsr edib.
Reportajda Azərbaycanda zərdüştlüyün yaranmasının qısa tarixi ilə bağlı məlumat verilib və müasir dövrdə bu iki obyektin turistik vacibliyi qeyd edilib.