Vətəndaşların pulunu ələ keçirən saxta "polislər"ə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |    

Vətəndaşların pulunu ələ keçirən saxta "polislər"ə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin CM-nin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldilən), 309 (vəzifə səlahiyyətlərini aşma) və 310-cü (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, təqsirləndirilən şəxslər ötən il avqustun 22-də Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma zamanı dörd nəfərdən ibarət olan dəstə üzvlərinin vətəndaşları hədələyib, onlardan pul alması məlum olub. Onlar özlərini polis əməkdaşları kimi təqdim ediblər.

İttiham aktına əsasən, onlar Sabunçu rayonu ərazisində iyul-avqust ayları ərzində hədə-qorxu yoli ilə Fazil Qədirovdan, İmran Orucovdan 1000 manat, Məmmədəli Novruzovdan 740 manat və Kamal Poladxanovdan 300 manat pulunu alıblar.

H.Ağayev əvvəl məhkum olunub.

Məhkəmə nəticəyə gəlib ki, CM-nin 182.2.1-ci maddəsi ittihamdan çıxarılsın, digər maddəllərlə təqsirli bilinən şəxslər 2 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 764 31.10.18 18:18