Şəhid ailələrinə birdəfəlik ödəmələrlə bağlı açıqlama - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Şəhid ailələrinə birdəfəlik ödəmələrlə bağlı açıqlama - RƏSMİ

"Artıq şəhid hərbi qulluqçulardan 96 faizinin vərəsələri bu ödəməni almaq hüququna malik olduqlarını öyrənib”. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O, yaxın günlərdə göstəricinin artacağını qeyd edib: "Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytındakı (http://www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsində vətəndaşlar tərəfindən sorğu-axtarış prosesinin davam etdiyini nəzərə alsaq, bu göstərici qarşıdakı günlərdə daha da artacaq.

Şəhidlərimizin ruhu hər birimiz üçün müqəddəs, uca, əzizdir və ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işlərinin davamı kimi, Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işlərinin də layiqli səviyyədə, tam şəffaf şəraitdə yerinə yetirilməsi üçün nazirlik bütün lazımi tədbirləri görməkdə davam edir".

Şöbə müdiri bildirib ki, bu ilin sonuna qədər birdəfəlik ödəmələrin verilməsinə başlanacaq və gələn il ərzində ödəniş prosesi tam yekunlaşacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 206 31.10.18 13:43