Qızına 400 minlik toy edən məmurun cinayət işi ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Qızına 400 minlik toy edən məmurun cinayət işi ilə bağlı AÇIQLAMA

Oktyabrın 1-dən Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı yaradılan komissiya öz işini davam etdirir.

Median.Az 
xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumatda, eyni zamanda, “Bakılifttəmir” İstehsalat Birliyində aparılan araşdırmaların davam etdirildiyi vurğulanıb:

“Yoxlamalar icra hakimiyyətinin bütün strukturlarında, o cümlədən “Bakılifttəmir” İstehsalat Birliyində aparılır. Hazırda “Bakılifttəmir” İstehsalat Birliyində yoxlamalarla bağlı açılan cinayət işinin istintaqı da davam etdirilir. Proseslərin yekunu barədə ictimaiyyətə məlumat veriləcək”.

Q.Şükürovun səhhətilə bağlı Azərbaycandan kənarda müalicə almasına gəlincə, istintaq getdiyindən, onun ölkədən kənara çıxmasının mümkün olmadığı qeyd olunub.
Qeyd edək ki, “Bakılifttəmir” İstehsalat Birliyilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Həmçinin, Q.Şükürovla bağlı əlavə olaraq, Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı səlahiyyətlərini icra edən müavin Eldar Əzizov “Bakılifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu vəzifəsindən azad edib.

Xatırladaq ki, ötən il qızının 400 min dollarlıq toyu ilə gündəmə gələn Qüdrət Şükürov barədə müxtəlif məlumatlar yayılmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 082 30.10.18 14:16