İtlərin güllələnməsi görüntüləri araşdırılacaq – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |     12:14 “WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA  |    

İtlərin güllələnməsi görüntüləri araşdırılacaq – VİDEO

Sumqayıtda itlərin güllələnməsi ilə bağlı yayılan görüntülər heyvansevərlərin hiddətinə səbəb olub.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, heyvansevərlər bu cür hadisələrlə mütəmadi qarşılaşdıqlarını bildiriblər.

Heyvansevərlərdən biri Anar Süleymanov bildirib ki, axırıncı dəfə belə hadisə “Şərq bazarı” adlı yerdə baş verib:

“Bizim könüllü hədisəni çəkib. İt can verirdi. Baxmayaraq ki, başından güllə dəymişdi”.

Heyvanların Müdafiəsi İctimai Birliyinin meneceri Fərid Mansurov isə bildirib ki, qanunu pozanların şəxsiyyəti müəyyən olunmalıdır, DİN əməkdaşları protokol tərtib edib ETSN-ə göndərməlidir.

Məsələ ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, qurumun itlərin tutulması, zərərsizləşdirməsi və bu kimi məsəslələrlə məşğul olan hər hansı bölməsi yoxdur. Qurum görüntülərin harada və nə vaxt çəkilməsi ilə bağlı araşdırmalara başlayıb.

Sahibsiz heyvanların öldürülməsi və işgəncə verilməsinə görə İnzibati Xətalar Məcəlləsində cəzalar nəzərdə tutulub. Həmçinin Azərbaycan ev heyvanlarının qorunması haqqında Avropa konvensiyasına qoşulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 670 30.10.18 11:36