Sərnişinlə sürücü söyüşdü, marşrut 20 dəqiqə yerindən tərpənmədi - "BakuBus"da biabırçılıq - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Sərnişinlə sürücü söyüşdü, marşrut 20 dəqiqə yerindən tərpənmədi - "BakuBus"da biabırçılıq - VİDEO

Ötən gün axşam saat 18:25-də “7A” nömrəli marşrut avtobusunda xoşagəlməz hadisə yaşanıb.

Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən dayanacaqda sürücü ilə sərnişin arasında dava düşüb. Nəticədə “BakuBus” MMC-yə məxsus 99 JH 239 dövlət qeydiyyat nişanlı marşrutun sürücüsü 20 dəqiqəyə yaxın avtobusu dayanacaqdan hərəkət etdirməyib.

Hadisə zaman avtobusda olan əməkdaşımızın məlumatına görə, insidentə səbəb qadın sərnişinin nəqliyyat vasitəsinə arxa qapıdan minməsi olub. Belə ki, qadın sərnişin marşruta arxa qapıdan minsə də, içəri daxil olandan sonra ödəniş aparatına yaxınlaşıb və gediş haqqını ödəyib. Sürücü isə israrla həmin şəxsə avtobusdan düşüb, yenidən qabaq qapıdan daxil olmasa, marşrutu yerindən tərpətməyəcəyini deyib. Sərnişin həmin saatda eyni xətt üzrə xidmət edən 2 avtobusun qabaq qapını açmadığını əsas gətirərək, avtobusdan enməyəcəyini bildirib. Beləcə, onlar arasında dava düşüb və qadın sərnişin sürücünü ağır ifadələrlə təhqir edib. Digər sərnişinlər də davaya qoşulub. 20 dəqiqədən sonra bir neçə sərnişin avtobusu tərk edib. Səbəbkar qadın da avtobusdan düşəndən sonra sürücü nəqliyyat vasitəsini hərəkət etdirib.

Görüntüləri təqdim edirik:
//a24.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 209 26.10.18 13:03