Bakıda əsən güclü külək nəticəsində ağaclar avtomobilin üstünə aşıb.
Hadisə Yasamal rayonu ərazisində baş verib.
Belə ki, maşın saxlandığı ərazidə ağac qırılaraq onun üstünə düşüb. Hadisə zamanı avtomobilə ziyan dəyib.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
ETSN-dən verilən məlumata görə, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda arabir güclənən cənub-qərb küləyi əsəcək.//oxu.az