Aprel döyüşlərində ağır yaralanan Qarabağ qazisindən xəbər var » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Aprel döyüşlərində ağır yaralanan Qarabağ qazisindən xəbər var

Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qoşqar Hacıyevin vəziyyəti pisləşib.

Bu barədə Oxu.Az-a “EGE” Hospitalının mətbuat katibi Türkan Məmmədli məlumat verib.

Onun sözlərinə görə, aprel döyüşlərində qəhrəmancasına vuruşaraq, başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib:

“Təcili olaraq Bakıda fəaliyyət göstərən “EGE” Hospitala yerləşdirilib. Qoşqar Hacıyev hazırda komadadır, başında çox sayda qəlpə var, dəfələrlə beyin əməliyyatı keçirib.

Qarabağ qazisi “EGE” Hospitalda fəaliyyət göstərən Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri - neyrocərrah Özkan Tehli və anestezioloq-reanimatoloq Serkan Şenkal tərəfindən müalicə nəzarətindədir”.

Türkan Məmmədli qeyd edib ki, Qoşqar Hacıyevin müalicəsinin öncə Türkiyədə GATA-da davam etdirilməsi üçün müvafiq işlərə başlanılsa da, GATA-nın yüksək ixtisaslı mütəxəssislərinin Bakıda fəaliyyət göstərən “EGE” Hospitala çalışdıqları üçün Türkiyəyə göndərilməsinə ehtiyac qalmayıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 200 25.10.18 12:48