Yayda hotellərin 70 faizi boş olub? - RƏSMİ RƏQƏMLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |    

Yayda hotellərin 70 faizi boş olub? - RƏSMİ RƏQƏMLƏR

Bu ilin doqquz ayında Azərbaycandakı hotellər 286,1 mln. manat gəlir açıqlayıblar.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərə görə, gəlirin 68,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,4 faizi içkilər də daxil olmaqla, qida məhsullarının satışı üzrə xidmətlərdən, 3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Maraqlıdır ki, mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,9 faiz olub. Bu göstərici Naftalanda 62,0 faiz, Ağstafada 36,7 faiz, Qəbələdə 35,3 faiz, Bakıda 30,5 faiz, Zərdabda 24,7 faiz, Qubada 24,3 faiz, Şəmkirdə 23,1 faiz, Şirvanda 22,4 faiz olub.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi avqust ayında ən yüksək – 35,1 faiz olub. Bu göstərici iyul ayında 32,3 faiz, sentyabr ayında isə 23,2 faiz təşkil edib. Maraqlıdır ki, yay aylarında mehmanxanalarda boş yer tapmaq mümkün olmadığı halda, nömrələrdən istifadə göstəricisi bu qədər aşağıdır. Bu isə hotelçilikdə dövriyyənin rəsmiləşdirilməsi ilə bağlı problemlərin olduğunu göstərir.

Rəsmi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda cəmi 2 446,8 min gecələmə olub. Düzdür, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 faiz çoxdur, amma real rəqəm olduğuna da şübhəsiz yanaşmaq olmur.

Dövlət Statistika Komitəsinə ötürülən məlumatların rəqəmlə ifadəsinə görə, gecələmələrin 57,8 faizi Bakıda, 10,6 faizi Qəbələdə, 6,6 faizi Xaçmazda, hər birində 3,9 faiz olmaqla, Naftalan və Qubada, 3,8 faizi Qusarda, 2,7 faizi Naxçıvan MR-da, 1,1 faizi Qaxda, hər birində 0,8 faiz olmaqla, Gəncə və Lənkəranda, 8 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,3 faiz artaraq, 1651,7 min olub ki, bu da ümumi gecələmələrin 67,5 faizini təşkil edir. Gecələmələrin 13,3 faizi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 11,4 faizi Rusiya, 9,9 faizi Səudiyyə Ərəbistanı, 5,2 faizi İran, 4 faizi Türkiyə, 3,8 faizi İsrail, 3,6 faizi Hindistan, 3,3 faizi Küveyt, hər biri üzrə 2,7 faiz olmaqla, Böyük Britaniya və İraq, 2,6 faizi ABŞ, 2,5 faizi Qətər, 2,2 faizi Pakistan, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Bəhreyn, 1 faizi Ukrayna, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələr ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 795,1 min gecələmə olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 172 25.10.18 12:47