Qaradağda 5 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır » Median.Az News Agency

Qaradağda 5 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Quliyevin CM-nin 263.3-cü (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Median.Az
xəbər verir ki, ittiham aktına görə, ötən il dekabrın 5-i saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bərdə rayon sakini Heydər Quliyevin idarə etdiyi “Mercedes” (yük) və Laçın rayon sakini Sakit Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə S.Hüseynov, sərnişinləri - arvadı Telnaz, qızı Samirə, gəlini Selcan və nəvəsi Cənnət hadisə yerində ölüblər.

H.Quliyev Qaradağ RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

İş üzrə hazırlıq iclası oktyabrın 29-na təyin edilib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




699 23.10.18 16:36