Azərbaycanda cinsi tərbiyə dərsinin tədrisinə - RƏSMİ MÜNASİBƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Azərbaycanda cinsi tərbiyə dərsinin tədrisinə - RƏSMİ MÜNASİBƏT

Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsinin tədris olunmasına rəsmi münasibət bildirilib.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq, deyiblər ki, Azərbaycanda ümumi təhsil pilləsində tədris olunan fənlərin siyahısı Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində təsbit edilib:

“Həmin sənəddə ümumi təhsilin heç bir səviyyəsində reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb. Bununla belə, Azərbaycan prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda “Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi” məqsədilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi ciddi və vacib məsələ kimi qeyd olunub.

Məsələnin aktuallığı nəzərə alınaraq, maarifləndirmə işinin davamlı xarakter daşıması məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyi ilə həkim, metodist və müəllimlərdən ibarət yaradılmış İşçi qrupu tərəfindən “Ümumtəhsil məktəblərinin ümumi orta təhsil səviyyəsində reproduktiv sağlamlığın tədrisi üzrə metodik tövsiyə” hazırlanıb. Hazırda vəsaitin yekun variantı üzərində son tamamlanma işləri həyata keçirilir. Vəsait tam hazırlanıb təsdiq olunduqdan sonra ümumtəhsil müəssisələrinin istifadəsinə veriləcək”.

Məlumatda qeyd edilib ki, vəsaitin əsas məqsədi özünə və başqalarına hörmət edən, situasiyanı və şəxsi davranışını təhlil və idarə edən, öz sağlamlığı üçün məsuliyyət daşıyan inamlı şəxsiyyətin formalaşmasına kömək etməkdir:

“Vəsaitdə verilmiş məlumatlardan “Biologiya” fənni üzrə müvafiq məzmun standartlarının reallaşdırılması zamanı istifadə etmək tövsiyə edilir. Bu məlumatlardan sinif rəhbərləri, məktəbin həkimi və ya tibb bacısı da istifadə edərək dərsdənkənar vaxtlarda şagirdlərlə maarifləndirici söhbətlər apara bilərlər”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 300 22.10.18 18:58