Arvadını Bakıda öldürüb Salyanda basdırıb – dəhşətli namus cinayətinin təfərrüatı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:03 London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir  |     11:54 Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub  |     11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |     11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |    

Arvadını Bakıda öldürüb Salyanda basdırıb – dəhşətli namus cinayətinin təfərrüatı

Namus üstündə arvadını boğaraq qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb. O, ifadəsində hadisənin bütün təfərrüatını danışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 1983-cü il təvəllüdlü Yusifov Anar Rufulla oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Salyan rayon sakini Anar Yusifov Buzovna qəsəbəsində arvadı Kifayət Yusifovanı boğaraq qətlə yetirib.

Hadisə bu il may ayının 25-də baş verib. Anar Yusifov arvadını boğaraq öldürdükdən sonra doğulduğu Salyan rayonuna apararaq orada qəbiristanlıqda basdırıb.

Qətlin üstü isə mərhum Kifayət Yusifovanı rəfiqəsinin polisə məlumat verməsi ilə açılıb. Belə ki, Buzovna qəsəbəsində kirayədə yaşayan qadın polisə zəng edərək rəfiqəsi Kifayətlə əlaqə saxlaya bilmədiyini deyib. Qadın polisə söyləyib ki, Kifayətin əri Anara zəng etdikdə ona rəfiqəsini öldürdüyünü deyib.

Məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Yusifov saxlanılıb. O, ilkin ifadəsində arvadı Kifayəti yastıqla boğaraq qətlə yetirdiyini və meyitini Salyan şəhərinə aparıb oradakı qəbiristanlıqda dəfn etdiyini bildirib.

Meyit eksqumasiya edilib və ekspertizaya göndərilib. Anar Yusifova isə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Elan olunmuş ittihamla Anar Yusifov özünü tam olaraq təqsirli bilib.

Anar Yusifov sərbəst ifadəsində əvvəlcə qətlə yetirdiyi xanımı ilə münasibətlərindən danışıb. O deyib ki, iki uşağının anası olan xanımını çox sevib, aralarında söz-söhbət, dava-dalaş olmayıb.

“Mən ailəmi həmişə hər şeydən üstün tutmuşam. Ətrafımızda olan hamı da bilir ki, mən Kifayəti necə sevmişəm. Hamı bizim ailəmizin xoşbəxtliyindən danışırdı. Belə hadisələrin baş verəcəyini gözləməzdim. Heç indi də inanmıram”- deyən Anar Yusifov daha sonra qətllə bitən hadisənin səbəblərini danışmağa başlayıb.

O bildirib ki, hər şey xanımının telefonuna gələn mesajla başlayıb. Xanımın özünü şübhəli aparması xəyanəti üzə çıxarıb.

Anar Yusifov deyib ki, hadisədən bir müddət əvvəl həmişə olduğu kimi işdən sonra evə gəlib və ailəsi ilə vaxt keçirib: “Uşaqlar da yanımda idi. Televizora baxırdıq. Sonra Kifayət uşaqları yatırmaq üçün otağa getdi. Bu zaman telefonu mən olan otaqda qaldı. Təxminən gecə saat 1 olardı. Gördüm ki, Kifayətin telefonuna mesaj gəldi. Aparıb özünə verdim. Soruşdum ki, mesaj yazan kimdi? Bu zaman qorxdu, özünü şübhəli apardı. Tələb elədim ki, telefonu mənə versin. Telefonun kodunu istədim. Yalvarmağa başladı. Dedi ki, əgər o mesajları oxusam, mənim üzümə baxa bilməz. Yalvardı ki, onun yanında oxumayım. Mənə dedi ki, icazə ver, gedim özümü öldürüm. Mən telefonu götürüb yan otağa keçdim ki, mesajlara baxım, yazanın kim olduğunu öyrənim. Yan otağa keçəndə telefonun kodu açılmadı. Geri qayıdıb kodu soruşmaq istədim. Otağın qapısı içəridən bağlanmışdı. Nə qədər döysəm də açmadı. Şüşəni əlimlə qırıb qapını açdım. Baxdım ki, Kifayət pəncərədən düşüb qaçıb. Onun arxasınca dəniz tərəfə qaçdım. Özünə qəsd edəcəyini düşündüm. Heç yerdə tapa bilmədim deyə polisə məlumat verdim”.

Anar Yusifov qeyd edib ki, bir neçə gün sonra xanımın rəfiqəsi ilə birlikdə olduğunu öyrənib: “Zəng edib onu tapdım. Xahiş elədim ki, bu məsələ aramızda qalacaq. Amma geri qayıtsın. Şərt qoydum ki, başqa bir ev tutub ayrı yaşasın. Uşaqları da görməyə apararam. Bu məqsədlə onunla bir neçə dəfə danışdıq. Əvvəlcə mənimlə görüşməyə qorxurdu. Bir dəfə gəlib evdən paltarlarını da götürdü. Mən ona heç nə etmək istəmirdim. Rəfiqəsigildə qaldığını bilirdim. Dəfələrlə görüntülü də danışırdıq. Amma bir gün hər şey tamamilə başqa cür oldu. Zəng edəndə mənimlə görüntülü danışmasını, harda olduğunu deməsini istədim. Amma açmadı. Mübahisə edəndə isə mənə “yaxşı edirəm” dedi. Mən də bircə dəfə ona dedim ki, sənin yaşamağa haqqın yoxdur”.

İfadəsinin davamında Yusifov xanımının mesajlarını oxuduğunu da söyləyib. Qeyd edib ki, həmin mesajlarda onlar arasında intim münasibətlərin olduğunu da öyrənib.

Yusifov bildirib ki, bu mübahisədən sonra arvadının yanına gedərək onu öldürüb. Daha sonra isə cəsədi Salyanda apararaq orada basdırıb.

Məhkəmədə mərhum Kifayət Yusifovanı rəfiqəsi də ifadə verib. O deyib ki, Kifayət onun köməkçisi kimi gözəllik salonunda işləyib.

“Mən bu söhbəti bilmirdim. Anar çox yaxşı insan kimi tanıyırdım. Kifayətlə də münasibətimiz yaxşı idi. Kifayət bizə gələndə olanları danışdı. Ona dedim ki, axı xoşbəxt idin. Niyə belə etdin? Mən belə olacağını bilməzdim. Bir gün Anara zəng edib Kifayətdən xəbər tuta bilmədiyimi dedim. Dedi ki, Kifayət öldürmüşəm”- deyə şahid bildirib.//musavat.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 757 22.10.18 11:29