Azərbaycan polisi İnterpol ilə birgə əməliyyat keçirdi – Saxlanılan var » Median.Az News Agency

Azərbaycan polisi İnterpol ilə birgə əməliyyat keçirdi – Saxlanılan var
Axtarışda olan şəxs saxlanılaraq ölkəmizə ekstradisiya olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov məlumat verib.

Bildirilir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılıb.



Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




411 20.10.18 15:02